Ramazan ayının 27-ci gününün duasının təfsiri

19:58 - 2019/06/03

-Ayətullah Muctehidi Tehraninin(r) Ramazan ayının gündəlik dualarına qısa təfsiri

Allahın adı ilə

"İlahi, Qədr gecəsinin fəzilətini mənə nəsib elə"
Bəziləri bu duaya əsasən bu gecənin, yəni Ramazan ayının 27-ci gecəsinin Qədr gecəsi olduğunu bildiriblər. Ümumiyyətlə Qədr gecəsinin dəqiq nə vaxt olduğu barədə ixtilaf var. Hətta Nimeyi-Şəbanın Qədr gecəsi olduğunu, yaxud Fitr bayramı gecəsinin Qədr gecəsi olduğunu bildirənlər var. Allah övliyalarından bəziləri il boyu əhya saxlayıblar ki, Qədr gecəsinin fəzilətini əldə eləsinlər. Əhli-sünnət bu gecəni əsas bilir. Amma biz şiələr 19-cu, 21-ci və 23-cü gecəni Qədr gecəsi olduğunu ehtimal edirik. Ən əsasda 23-cü gecəni. Çünki həmin gecənin əməllərində elə əməllər var ki, digər gecələrdə yoxdur. Məsələn digər gecələrdə 1 qüsl almaq müstəhəbdirsə, 23-cü gecə 2 qüsl alırıq. Bir gecənin əvəlli, bir də sonu. Amma əvvəllər bu gecəni də əhya saxlayardılar. Amma gecənin əvvəlini, tam yox. Hər halda Allahdan istəyirik bizə Qədr gecəcəsinin savabını versin. Mələklər Allahın iznilə nazil olar buyurur Quran. Amma nazil olur və qəlbimizdə boş yer tapmır və ora daxil ola bilmir. Dünya məhəbbəti, övlad məhəbbəti və ya başqa şeylərin əlindən boş yer tapa bilmir. Eynilə təyyarə aeroporta gəlir, amma orda yer olmadığını bildirirıər və havada bir az dövrə vururlar. Mələklər də gəlib yer tapa bilmir, səhər isə qayıdıb gedirlər.

"İşlərimi çətinlilıərdən asanlığa doğru yönəlt".
Hamımız giriftarıq bu dünyada. Hərənin bir problemi var. Birinin borcu var, o birinin ailə üzvlərindən kimsə yaxşı, mömin adam deyil, yaxud qonusundan əziyyət çəkir və sairə. Allahdan istəyirik bütün çətinliklərimizi asanlığa doğru yönəltsin.

"Üzrlərimi qəbul elə"
Hamımızın pis əməlləri var. Allahdan istəyək ki, bu səhvlərimizi bağışlasın. Allaha deyək bağışla, bilməmişəm, anlamamışam. Necə valideyn ağlayaraq üzr istəyən balasını ağuşuna alar, dəfələrlə onlardan mehriban olan Allah da biz üzr istədikdə bizi öz ağuşuna alar.

"Günah yükümü üzərimdən götür"
Yəni günahlarımı bağışla, məhv et. Əməl dəftərimdə heç bir etdiyim günah qalmasın. Sonra Allaha and verərək dualarımızn qəbul olması üçün deyirik

"Ey saleh bəndələrinə mehriban olan"
Allah çox mehribandır bındələrinə qarşı. Hətta günahkarlar olub ki, bir dəfə sidq ürəklə Allahdan bağışlanmaq istəyiblər, Allah onları bağışlayıb. Allahdan istəyirik bizim bu gün etdiyimz duaları bizdən qəbul eləsin.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.