Mübarək Ramazan ayının son gecəsinin əməlləri

20:36 - 2019/06/03

-Allahım bizi bu gecənin fəzilətindən binəsib eləmə

Rəhimli və Mərhəmətli allahın adı ilə
Qeyd: Mübarək Ramazan ayının axırıncı gecəsinin əməlləri Ramazan (Fitr) bayramının gecəsinin əməlləri deyildir. Çünki Hicri-Qəməri təqvimində yeni gün Məğrib (Şam) azanından sonra başlayır. Məsələn əgər May ayının 7-si Ramazan ayının birirdirsə, May ayının 6-sı axşam azanından sonra Ramazan ayının birinci gecəsi sayılır, nəinki 7-si axşam birinci gecə ola. Deməli əgər İyun ayının 5-i Mübarək Ramazan bayramı olsa demək 4-ü axşam bayram gecəsidir. Bayramda Şəvval ayının 1-i olduğu üçün ondan bir gün öncəsi, yəni İyunun 4-ü Şəvval ayının birinci gecəsi olur. Onda demək əgər may ayının 4-ü Mübarək Ramazan ayının axırıncı günü olsa ondan bir gecə oncəsi, yəni May ayının
3-ü (bu gün) Mübarək Ramazan ayının axırıncı gecəsi olmuş olur.
Əməllər
1. Qüsl almaq.
2. İmam Hüseynin(ə) ziyarəti.
3. Ənam, Kəhf və Yasin surələrini oxumaq.
4. 100 dəfə أَسْتَغْفِرُ اللَّهَ وَ أَتُوبُ إِلَيْهِ “Əstəğfilullahə və ətubu iləyh” demək.
5. Bu duanı oxumaq:
اللَّهُمَّ هَذَا شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ قَدْ تَصَرَّمَ وَ أَعُوذُ بِوَجْهِكَ الْكَرِيمِ يَا رَبِّ أَنْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِي هَذِهِ أَوْ يَتَصَرَّمَ شَهْرُ رَمَضَانَ وَ لَكَ قِبَلِي تَبِعَةٌ أَوْ ذَنْبٌ تُرِيدُ أَنْ تُعَذِّبَنِي بِهِ يَوْمَ أَلْقَاكَ
Oxunuşu:
Əllahummə həzə şəhru raməzan, əlləzi ənzəltə fihil-Quranə və qad təsarramə, və əuzu bivəchikəl-Kərim, ya Rabbi ən-yətluəl-fəcru min leyləti həzihi, əv yətəsarramə şəhru Raməzan, və ləkə qibəli təbiətun əv zənbun turidu ən-tuəzzibəni bihi yəvmə əlqakə.
Tərcüməsi:
İlahi, Qurani-Kərimi nazil etdiyin bu Ramazan ayı gəlib keçdi! Ey mənim Rəbbim, bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam!

6. Bu duanı oxumaq:
يا مُدَبّرَ الاُموُرِ ، يا باعِثَ مَن في القُبُور، يا مُجرِي البُحُور، يا مُلَيَّن الحَديدِ لِداوُد ، صَل عَلي مُحَّمد وَافعَل بي كَذا وَ كَذا
Kəzə və kəzə sözünün yerinə hacətlərini istə və sonra de:
اَلليلَةَ اليلَةَ، اَلسَّاعَةَ اَلسَّاعَةَ
Oxunuşu:
Ya mudəbbirəl-umur, ya baisə mən fil-qubur, ya mucrəyəl-buhur, ya muləyyinəl-hədidi li-Davud, salli ələ Muhəmmədin və ali Muhəmməd, vəfəl bi kəzə və kəzə...
Kəzə və kəzə sözünün yerinə hacətlərini istə və sonra de: Əl-leylətə əl-leylətə, əs-saətə əs-saətə.
Tərcüməsi:
Ey işləri idarə edən, ey qəbirlərdə olanları qaldıran, ey dənizləri cari edən, ey dəmiri Davud üçün yumşaldan, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və mənim bu hacətlərimi rəva qıl! (Hacətləri istəmək)
7. Mübarək Ramazan ayı ilə vidalaşmaq.
    A) Səhifeyi-Səccadiyyə kitabındakı 45-ci duanı oxumaq.
    B) Bunu vidanı oxumaq:
 اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِي لِشَهْرِ رَمَضَانَ وَ أَعُوذُ بِكَ أَنْ يَطْلُعَ فَجْرُ هَذِهِ اللَّيْلَةِ إِلا وَ قَدْ غَفَرْتَ لِي
Oxunuşu:
Əllahummə la təcəlhu əxirəl-əhdi min siyəmi lişəhri Raməzan, və əuzu bikə ən-yətluə fəcru həzihil-ləyləti illə və qad ğafərtə li.
Tərcüməsi:
İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə! Mən Sənə sığınmışam ki, bu gecənin sübhü açıldıqda məni bağışlayasan.
C) Bunu vidanı oxumaq:
اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِنَا إِيَّاهُ فَإِنْ جَعَلْتَهُ فَاجْعَلْنِي مَرْحُوما وَ لا تَجْعَلْنِي مَحْرُوما
Oxunuşu:
Əllahummə la təcəlhu əxirəl-əhdi min siyəminə iyyəhu, fə in cəəltəhu fəcəlni mərhumən, və lə təcəlni məhrumən.
Tərcüməsi:
İlahi, bunu bizim tutduğumuz orucların axırıncısı qərar vermə və əgər qərar verəcəksənsə, onda, məni bağışlanmışlardan (rəhmətinə şamil olanlardan) qərar ver və məhrum olanlardan qərar vermə!
8) On rükət namaz qılmaq.
Namazın qılınma qaydası:
Hər rükətdə bir dəfə həmd və 10 dəfə ixlas (Qul huvəllah) surəsi oxunur. Rüku və səcdələrdə 10 dəfə deyilir:
سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
Subhən-Allahi, vəlhəmdu-lilləhi, və lə iləhə illəllahu, vəllahu əkbər. Hər iki rükətdən bir təşəhhüd oxuyub salam verilir (5 dənə sübh namazı kimi namaz qılınır).
10 rükət tamam olandan sonra 1000 dəfə    اَستَغفِرُ اللهَ əstəğfirullahə deyilir. Sonra səcdəyə gedib deyilir:
يَا حَيُّ يَا قَيُّومُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا رَحْمَانَ الدُّنْيَا وَ الْآخِرَةِ وَ رَحِيمَهُمَا يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا إِلَهَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ اغْفِرْ لَنَا ذُنُوبَنَا وَ تَقَبَّلْ مِنَّا صَلاتَنَا وَ صِيَامَنَا وَ قِيَامَنَا
Yə həyyu ya qayyum, yə zəl-cələli vəl-ikram, yə rahmənəd-dunyə vəl-əxirati və rahiməhumə, yə ərhəmər-rahimin, yə iləhəl-əvvəlinə vəl-əxirin, iğfir lənə zunubənə və təqabbəl minnə salətənə və siyəmənə və qiyəmənə.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.