Ramazan ayının 29-cu gününün duasının təfsiri

23:42 - 2019/06/03

-Ayətullah Muctehidi Tehraninin(r) Ramazan ayının gündəlik dualarına qısa təfsiri

Allahın adı ilə

"İlahi, məni öz rəhmətinlə bürü"
Allahummə ğəşşini. Ğəşşini yəni biri eybi örtmək. Hədis buyurur: "Hər kəs ğəşş malı müsəlmana satarsa bizdən deyil". Eybli malı bir şeylə gizləyib müştəriyə satmağa ğəşş deyərlər. Biz də Allahdan günahlarımızı, eyblərimizi rəhmətilə ğəşş etməyi, yəni örtməyi, gizlətməyi istəyirik.

"İlahi, mənə tovfiq və ismət nəsib et"
İlahi, məni gecə namazı qılmağa, Əbu Həmzə Sumali duasını oxumağa, kasıblara əl tut mağa müvəffəq qıl. İnsan gərək bu işlərlə məşğul olsun. Elan edirlər filankəsə yardım eləmək lazımdır. İmkanın varsa, özünü çatdır ona. Ziyarətlərə getməyə müvəffəq eləsin Allah bizi. Tək Məşhəd, Kərbəla yox. Elə imamzadələrin hamısına. Bir dəfə Şah Əbdüləzim ziyarətgahına daxil olanda gördüm Ayətullah Vəhid Xorasani ziyarət edir. Yaxınlaşıb hak-əhval tutub nahara evə dəvət elədim. Dedi ancaq ziyarət qəsdilə gəlmişəm. Ziyarət edib qayıdıram Quma. Öz hacətlərinizin qəbul olması üçün ziyarətgahlara gedin. Keçən dəfə İmam Cavaddan (ə) hədis nəql elədim təkrar edim. Buyurur ki, möminin üç xisləti var ki, biri Allahdan tovfiq nəsib olunmaqdır. Bəsdir, elə ancaq dünyanı düşündün. Filankəsin filan şeyi var, çalışım məndə də osun. O biri dünyanı da fikirləş. Allahdan həmçinin bizi günahlardan qorumasını istəyib Allaha daha sonra deyirik

"İlahi, qəlbimi bəd gümandan qoru"
Bəziləri elə şəkk-şübhə içindədirlər. Namaz da qılır, oruc da tutur amma bəzi məsələlərdə hələ də şübhə edir. Görəsən doğurdan Allah var? Görəsən peyğəmbər (s) düz idi? Görəsən Qiyamət var? Bu vəsvəsələrdən qurtulmaq üçün çoxlu "la həulə və la quvvatə illa bilahil-aliyyil-azim" zikrini deyin. Hz.Rəsuləllah (s) Salmana buyurur ki, bu zikri çox denən. Çünki cənnətin xəzinələrindəndir. Mən özüm şam və sübh namazlarından sonra 7 dəfə bu zikri deyərəm. Amma hər dəfə əvvəlində Bismillahir-Rəhmanir-Rəhimlə. Kimin hansısa məsələ ilə bağlı vəsvəsəsi varsa və xilas ola bilmirsə 100 dəfə bu zikri desin. Sonda Allahdan etdiyimiz duaların qəbul olması üçün deyirik

"Ey mömin bəndələrinə mehriban olan"
Allah çox mehriban Allahdır. Biz istədiyimiz heç, istəmədiyimiz şeyləri belə bizə verib və verir. Allahı mehriban olmağına and verərək etdiyimiz duaların qəbul olmasını istəyirik

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.