Əzəmətli Rəhbərin müraciəti

06:45 - 2019/08/11

-Ayətullahul-uzma İmam Xamenei Böyük Həcc Konqresinə bu ünvanla müraciət etdi

Bismillahir-rəhmanir-rəhim.
Vəlhəmdu lillahi rəbbil aləmin. Və sallallahu əla rəsulihil- kərimil- əmin Muhəmmədin Xatəmin- nəbiyyin və əla alihil- mutəhhərin siyyəma Bəqiyyətillahi fil-ərəzin və əla əshabihil-muntəcəbin və mən təbiəhum biihsanin ila yəvmiddin
Həcc mövsümü hər il islam ümmətinə ilahi rəhmətin bir ziyafətgahıdır.  Quranın çağırışı olan “İnsanları həccə çağır...” ayəsi tarix boyu ilahi rəhmət süfrəsinə ümumi bir dəvətdir ki, həm onların Allah eşqi ilə dolu qəlbləri, həm də məntiqi təfəkkürləri bu dəvətin bərəkətindən bəhrələnsinlər, eləcə də Həcc mərasimindən əldə olunan ilahi dərslər bir qurup insan vasitəsilə islam aləminə çatdırılsın.
Həcc mərasimində fərdi və ictimai mənəvi inkişafın və tərbiyənin əsas ünsürlərindən olan zikir və ibadət amilinin, ümmətçilik nişanəsi olan birlik və vəhdətin kənarında qərar tutaraq, ümmətin tövhidə yetişmək uğrunda təlaş rəmzi sayılan vahid bir mərkəzin(Kəbə evinin) dövrəsində müştərək hədəflər uğrunda edilən hərəkətlə birgə olması və eləcə də ixtilafların kənara qoyulması və meyarların ittihadının göstəricisi olan hacıların bərabərliyi və bir birilərindən fərqlənməməyi və bütün bunlar islam cəmiyyətinin əsas bünövrəsini kiçik bir simvolla təcəssüm edir. Həcc əməllərindəki hər bir rəftar – ehram, təvaf, səy, vuquf, rəmy, hərəkət, sükut və s. islamın özündə ehtiva etdiyi ümumi təsvirin bir parçasına rəmzi bir işarədədir.          
Bir birindən uzaq olan müxtəlif məntəqələrin xalqları arasında bilgilərin və malik olduqlarının bölüşülməsi, təcrübə və biliklərin mübadiləsi, müsəlmanların bir birilərinin hallarından xəbərdar olmaları, bədgümanlıqların aradan qaldırılması, qəlblərin yaxınlaşması və qüvvələrin vahid düşmən müqabilində müttəhid olunması Həccin həyati və böyük nailiyyətlərindən sayılır ki, yüzlərlə adi toplantılarla belə bunları əldə etmək mümkün deyildir. 
Bütün rəhmsizliklərə, zülmlərə, pisliklərə, hər zamandakı tağutların fəsadlarına yox demək və diktatorların zorakılıqları qarşısında müqavimət rəmzi olan "bəraət" ayini həccin əzəmətli bərəkətlərindən biri və məzlum müsəlman xalqları üçün böyük bir fürsətdir.
Bu gün Amerika başda olmaqla şirk cəbhəsindən və ipmerialistlərin küfründən bəraət  etmək məzlumların qətlinə və müharibə əleyhinə olmaq mənasındadır. Həmçinin terorizmi, o cümlədən "işid" və Amerikanın əlaltılarını məhkum etmək mənasındadır.  Eləcə də islam ümmətinin uşaq qatili olan sionizmə və onun hamilərinə qarşı ucalan səsi, Amerikanın və əlaltılarının həssas məntəqə olan Qərbi Asiya və Şimali Afrikadakı xalqlara qarşı hər gün törətdikləri zülmləri və müsibətləri məhkum etmək deməkdir. Həmçinin irqçilik və coğrafi məkanına, millətinə və dərisinin rənginə görə ayrı-seçkilik siyasətinə qarşı etiraz və islamın dəvət etdiyi şərafətli, nəcib və adil dəyərlərə qarşı zülümkarların xəbis, təcavüzkar və fitnə dolu addımlarına nifrət bəsləməkdir.
Bunlar xalis islamın bizə öyrətmiş olduğu "İbrahim" həccinin ən az bərəkətlərindəndir. Bu mücəssəm simvol islam cəmiyyəti amalının mühüm bir hissəsidir ki, müsəlman xalqlarının Həcc vasitəsi ilə göstərdikləri əzəmətli və dərin məzmunlu nümayişi nəticəsində meydana gəlir və islam ümmətini belə bir ideal cəmiyyətin quruculuğuna çağırır.
Hal hazırda Həcc mərasimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri olan islam ümmətinin ziyalılarının çiyinlərində ağır və çətin bir yük vardır. Bu ilahi dərslər məhz onların səyi nəticəsində millətərə və ümumi arenaya çatdırılmalı, təfəkkür, təcrübə və bilgilərin mənəvi alış verişi onların əli ilə həyata keçməlidir.      
Bu gün islam aləminin mühüm problemlərindən biri də Fələstin məsələsidir ki, irqindən və məzhəbindən asılı olmayaraq bütün müsəlmanların siyasi məsələlərinin fövqündə durur. Son əsrlərin ən böyük zülmlərindən biri Fələstində baş vermişdir.  Bu acı hadisədə bir millətin hər şeyi- torpağı, evi, malı-dövləti, hörmət və izzəti müsadirə olunmuşdur. Lakin bu millət Allahın lütfüylə məğlubiyyəti qəbul etməmiş və süst olmayaraq bu gün keçən illərdən daha çox şücaətlə meydandadır. Ancaq işin yaxşı sonluğu bütün müsəlmanların yardımını tələb edir. 
Hazırda "Əsrin müamiləsi" hiyləsi  zalım Amerika və xəbis dostları vasitəsi ilə həyata keçirilməkdədir ki, bu yalnız Fələstin xalqına deyil, bütün bəşər cəmiyyətinə yönəlmiş bir cinayətdir. Biz hamını düşmənin  bu məkr və hiyləsini məğlub etməkdə fəal olmağa dəvət edir və Allahın hövl və qüvvəsi ilə bu hiylənin və imperialist güclərin digər məkrlərinin müqavimət cəbhəsinin iman və himməti müqabilində məğlubiyyətə məhkum olacağına inanırıq. 
Allah təala buyurur: "Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! " Bütün hacılara müvəffəqiyyət, Allah təaladan bağışlanma, afiyət və itaətlərin qəbulluğunu arzu edirəm.
Seyyid Əli Xamenei
10 avqust 2019
http://t.me//dini_melumatlar

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.