Ərəfə gününün fəziləti və əməlləri haqqında.

08:18 - 2019/08/11

-“Ərəfə” islamda bayram hesab edilməsədə çox mübarək bir gündür.

Allahın adı ilə
Zilhiccə ayının 9-una təsadüf edən Ərəfə gününün müstəhəb əməllərini diqqətinizə çatdırırıq:
“Ərəfə” günü Allah öz nemətlərini yer üzündə olan insanlara şamil edər. Şeytan bu gün qəzəbli və alçalmış olar. Bu günün əməlləri aşağıdakılardan ibarətdir:
1.Qusl.
2.Bu gün imam Hüseyni (ə) ziyarət etmək çox bəyənilir. Ziyarətə gedə bilməyənlər ziyarətnamə oxumaqla da ziyarət edə bilərlər.
3.Əsr namazından sonra açıq səma altında 2 rükət namaz qılmaq. Birinci rükətdə “Həmd”-dən sonra “İxlas”, ikinci rükətdə “Həmd”-dən sonra “Kafirun” surələrini oxumaq.
4.Oruc tutmaq. Bu şərtlə ki, oruc tutmaq həmin günün əməllərini yerinə yetirməyə mane olmasın.
5.Peyğəmbərin təsbehini demək: “Subhanəlləzi fissəmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiiluh, Subhanəlləzi finnari sultanuh, Subhanəlləzi fil cənnəti rəhmətuh, Subhanəlləzi fil qiyaməti ədluh, Subhanəlləzi rəfəəs-səmaə, Subhanəlləzi bəsətəl ərzə, Subhanəlləzi la məlcə'ə və la məcə'ə minhu illa iləyh. Subhanəllahi vəl həmdu lilləhi və la ilahə illəllahu vəllahu əkbər.”
6.İmam Sadiqdən (ə) nəql olunan salavat: “Allahummə inni əsəlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid ya mən yəhunu bəynəl məri və qəlbih, ya mən huvə bil mənzəril ə'la və bil ufuqil mubin. Ya mən huvər-rəhmənu ələl ərşistəva ya mən ləysə kəmislihi şəyun və huvəs -səmiul bəsir. Əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.”
7. “Ummu-Davud” duasını oxumaq (Məfatihul-Cinan kitabına müraciət olunsun).
8.İmam Hüseynin (ə) “Ərəfə” günündə oxuduğu duanı oxumaq.
9. “Ərəfə” gününün sonunda bu duanı oxumaq: “Ya rəbbi, innə zunubi la təzurrukə, və innə məğfirətukə li la tənqusukə, fə ə'tini ma la yənqusukə, vəğfirli ma la yəzurrukə.”, Allahummə la təhrimni xəyrə ma indəkə lişərrin ma indi fə əntə ləm tərhəmni bi tə'bi və nəsəbi fəla təhrimni əcrəl məsaibi əla musibətih.”
“Ərəfə” gecəsini ibadətlə keçirtməyin savabı 170 il ibadətin savabı kimi qeyd olunar və bu gecədə imam Hüseyni (ə) ziyarət etmək müstəhəbdir. 
Qeyd: Ziyarətə gedə bilməyənlər hər hansı bir ziyarəti oxumaqla da İmamı (ə) ziyarət edə bilərlər.

Mənbə: Məfatiul-Cinan, aylar bölməsindən.
 http://t.me//dini_melumatlar

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.