İmam Zaman(ə.f) üçün dua

00:47 - 2020/04/08

- Allahın İmam Zamanı(ə) fitnə və bəlalardan qoruması, heçdə bizim o Həzrətin salamatçılığı üçün dua etməməyimiz anlamında deyil.

Bismillahir rəhmanir rəhim

Sual oluna bilər ki, bizlər nə üçün İmam Zaman(ə.f)ın salamatçılığı üçün dua edirik? Bir halda ki, Allah təala öz höccətini hər bir xəta və bəladan hifz edir. Bu suala cavab tapmaq üçün bir neçə nöqtəni qeyd etmək lazımdır. 
Rəvayətlərə diqqət yetirdikdə görürük ki, İmam Məhdi(əleyhissəlam) digər insanlar kimi, təbii həyata malik olub, insanlar arasında yaşayır. Buna görə də təbii həyatın qanunlarına əsasən başqa peyğəmbərlər və imamlar(ə) kimi xəstələnə və ya hər hansı xətərlərlə üzləşə bilər. Bu səbəbdən də o Həzrətin(ə.f) salamatçılığı üçün dua etmək və ya sədəqə vermək heç də təsirsiz deyildir. İmam Zamanın(ə) salamtçılığı üçün dua etmək digər imamların(ə) da mübarək kəlamlarında yer almışdır. Buna misal olaraq İmam Rzanın(ə) zəmanənin imamı barədə duasını qeyd etmək olar:
"İlahi, hər bir bəlanı o həzrətin(ə.f) vücudundan uzaq et! onu öz məxluqatının şərrindən məhfuz et! onu öndən, arxadan, sağdan, soldan gələcək yerin və göyün xətərlərindən qoru!..."(1)
Eləcə də İmam Həsən Əsgəridə(ə) öz namazlarının qunutunda belə dua edərdi:
"Pərvərdigara, onu təcavüzkarların şərrindən amanda qalması üçün öz pənahında qoru. İlahi, onu qorxduğumuz xətərlərdən amanda saxla, onu bədxahların ona tərəf atılmış hiylə oxlarından hifz et!"(2)
Bundan əlavə zəmanənin imamı üçün dua etməyin öz həyatımızda xüsusi təsirləri vardır ki, onlardan bəzilərinə işarə edirik:
1. Dua etmək məhəbbətin nişanəsidir. İmam Zaman(ə) ın salamatçılığı üçün dua etmək o Həzrətin məhəbbətinin qəlbdə artmasına və nəticədə imanın dərinləşməsinə səbəb olur.
2. Dua o Həzrətlə əhd peymanı yeniləməkdir. Biz o Həzrətə dua etməklə sanki din və etiqadlarımıza sadiq olacağımız, onun əmrinə itaət edəcəyimiz və ona can və malımızla yardım edəcəyimiz barədə etdiyimiz əhd və peymanı yeniləmiş oluruq. 
Bildiyiniz kimi hər namazdan sonra, xüsusən də  cümə günlərində o Həzrətlə əhd peymanı yeniləmək müstəhəb əməllərdəndir. Eləcə də sübh namazlarından sonra "Əhd" duasını oxumaq bu yönümdə tövsiyyə olunmuş əməllərdən hesab olunur.
3. Dua, intizarda olan şəxsin öz İmamını(ə) xatırlaması deməkdir. İntizar əhli öz İmamının(ə) salamatçılığı üçün dua edərək hər an onu zikr edir və bu zikrin vasitəsiylə özünü dünyanın qəflətlərindən amanda saxlayır. Nəticədə bu xatırlama intizar əhlini zühura doğru qədəm götürməyə şövq etdirir.
4. İmamının salamatçılığı üçün dua edən şəxs onu narahat edəcək işlərdən çəkinməyə cəhd edir. Hər an öz İmamının(ə) salamatçılığı üçün dua etmək insanı günahlardan və İmamını(ə) narazı edəcək işlərdən uzaq edir və ona öz İmamının(ə) rizayəti yolunda çalışmağa ilham verir. 
5. İmam Zaman(ə)ın salamatçılığı üçün dua etmək zühurun tezləşməsinə və möminlərin işlərinin asanlaşmasına səbəb olur.
6. Dua, İlahi dərhaga yaxınlaşmağa səbəb olur. Biz öz İmamımızın(ə) salamatçılığı üçün dua edərkən, bu əməlimizlə Allah yanında məqam kəsb etmiş olur və ilahi lütfün öz halımıza şamil olmasına səbəb oluruq. İmam Zaman(ə) Ali Yasin ziyarətnaməsi barədə belə buyurur:
"Hər zaman bizim vasitəmizlə Allaha tərəf getmək istəsəniz ilahi dərgahdan nazil olan bu ziyarətnaməni oxuyun!"
Bu ziyarətnamə dərin mənaya malik olub, İlahi maariflərlə doludur. Ziyarətnamənin ardınca oxunması müstəhəb olan bir duada həmçinin belə deyirik:
" İlahi, onu hər bir zalım, təcavüzkar və bütün məxluqatın şərindən amanda saxla, ön və arxa, sağ və sol tərəfindən qoru, ona doğru tuşlanan zərərləri aradan qaldır, Peyğəmbərin(s) və Peyğəmbərinin(s) Əhli-beytini(ə) onun varlığında qoru, onun əliylə ədaləti aşkar et..."(3)
Sonda bunu da qeyd edək ki, o Həzrətin(ə) tohid bayrağını qaldıracağı və ədaləti aləmdə bərqərar edəcəyi günə qədər sağ qalacağı və fitnələrdən amanda olacağı barədə ilahi vədənin olmasına baxmayaraq bizlərin onun salamatçılığı üçün dua etməsi və bəşəri təhdid edən hər hansı bir xətərlərdən uzaq qalmasını diləməsi o Həzrətə(ə) qarşı mərifətimizin göstəricisidir. Odur ki, intizar əhli öz dualarında zəmanənin imamının zühurunun təcili ilə yanaşı o Həzrətin(ə) salamatçılğı haqqında da İlahi dərgahda razü niyaz etməlidir.
(1). Misbahul-mutəhəccid, səh.409
(2). Həmin
(3). Məfatihul- cinan

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.