Son döyüşün qəhrəmanı

03:35 - 2020/04/12

-Şəhid Səyyad Şirazi islam ordusunun qəhrəmanıdır

Bismillahir-rəhmanir-rəhim

Müsəlman İran xalqının müqavimət və fədakarlığının zirvəsi olan səkkiz illik müqəddəs müdafiədə "münafiqlər"("Xalq mücahidləri" adlı teror təşkilatının üzvləri) düşmənə qoşuldular, birbaşa və dolayı yolla İran İslam Respublikasına və İslam döyüşçülərinə zərbələr endirməyə çalışdılar. Bu amansız müharibə zamanı cəsusluqla, sonrakı dövrlərdə isə birbaşa maddi-texniki dəstək, təxribat, sui-qəsd və hətta döyüş bölgələrində də fəaliyyət göstərməklə Səddamın işğalçı ordusuna yardımlar göstərdilər. Şəhid Səyyad Şirazinin sözüylə desək münafiqlər düşmən düşərgəsinin köməkçiləri idi. Lakin münafiqlərin müharibənin sonunda birbaşa həyata keçirdiyi əməliyyatlardan biri, İran tərəfindən 598 saylı qətnamə qəbul edildikdən bir həftə sonra 26 iyul 1988-ci ildə Хаnаkin, Xosrəvi, Sərpol Zəhab və Kürdüstan istiqamətlərindən başladılan "Furuğe cavidan" əməliyyatı idi.  

İranda General Səyyad Şirazinin komandanlığı altında münafiqlərin bu planına qarşı "Mersad" əməliyyatı həyata keçirildi. Səyyad Şirazinin fədakarlığı, tədbir və cəsarətinin zirvəsi bu əməliyyatda özünü göstərdi. Vertolyot ilə şəxsən ərazini müşahidə edən bu cəsarətli və təcrübəli komandir münafiqlərin hücumunun bütün hədəflərini müəyyənləşdirdi və münafiqləri taktiki qabaqlayaraq onların hərbi sütununun hərəkətini dayandırdı. Şəhid Səyyad Şirazi "Mersad" Əməliyyatı ilə bağlı xatirələrində belə deyir: "O vaxt mən İmam Xomeyninin(r.ə) Ali Müdafiə Şurasının nümayəndəsi idim və 26 iyul 1988-ci il tarixində saat 20: 30-da Silahlı Qüvvələrin Baş Qərargahının əməliyyat rəhbərinin müavini mənə zəng etdi və düşmənin Sərpol Zəhab və Patağ keçidindən sürətlə irəlilədiyini söylədi. Mənə yeni bir məmuriyyət verildi. Gecə, təyyarəylə Kermanşaha gəldim və düşmənin irəliləməsini yaxından izlədim və vəziyyəti dərindən təhlil elədim ... 26 İyul 1988-ci il tarixində "Mersad" Əməliyyatı "Ya Əli (ə)" rəmzi ilə başladı. Çarzebər keçidində Səddamın müttəfiqləri üçün elə bir cəhənnəm qurulmuşdu ki, peşman olmağa vaxtları yox idi..."

Şəhid Səyyad Şirazinin komandanlığı ilə həyata keçirilən "Mersad" əməliyyatında 2000 nəfərə yaxın münafiq öldürüldü və 1500 nəfər yaralandı, 1000 nəfər ərazidən qaçdı və 150 nəfər əsir götürüldü. Həmçinin 120-dən çox tank, 400 ədəd şəxsi heyət daşıyıcısı, 240 ədəd 80 və 60 mm-lik minaatan və 30 ədəd 106 mm toplar məhv edildi. Yüzlərlə RPG-7, artilleriya və minaatan, onlarla tank və şəxsi heyət daşıyıcısı, 12 ədəd 122 mm topları və bəzi elektron, telekommunikasiya avadanlıqları ələ keçirildi.

Bu əməliyyat münafiqləri və islam düşmənlərini alçaltdı, İslam və İran millətinin mücahidlərinə şərəf və izzət gətirdi. Səkkiz illik müqavimətin son güllələri, "Mersad" əməliyyatındakı əldə edilən qələbə ilə, qəlbləri qəzəblə dolu münafiqlərin sinələrinə oturdu və bu müvəffəqiyyət İslam İnqilabı üçün yeni səhifələr açdı. Bu, düşmənlərə göndərilən bir mesaj idi ki, bu torpaqlarda muzdurların və münafiqlərin yeri yoxdur.

Nəhayət, bu igid komandir 10 aprel 1999-cu ildə işə gedərkən şəxsi avtomobilində naməlum bir şəxs tərəfindən hücuma məruz qaldı. Şahidlərin sözlərinə görə, terrorçu evin yaxınlığında süpürgəçi libasında pusquda dayanmış və evdən çıxarkən onu güllələmişdir. Beləcə İslamın bu əzəmətli övladı şəhadət dərəcəsinə nail oldu. Hadisədən sonra bu terror qruplaşmasının nümayəndəsi cinayətə görə məsuliyyəti öz üzərinə götürdü. Ali Rəhbər tərəfindən şəhid olunduqdan sonra ona General leytenant rütbəsi verildi: "Qaniçən İslam düşmənləri və mənfur münafiqlərin əli ilə şəhadətə nail olan İslam Ordusunun şanlı əmiri və dinin və Quranın sadiq və fədakar əsgəri, dindar, təqvalı və qəhrəman bir döyüşçü, səkkiz illik müqəddəs müdafiənin qəhrəman komandiri general-mayor Əli Səyyad Şirazinin cəsarət və fədakarlıqlarına görə o böyük əmirə general leytenant rütbəsi verilsin və bu onun üçün şərəf və ləyaqət nişanı olaraq əbədi qalsın."

İslam dünyasının qəhrəmanı Şəhid Qasim Süleymani öz döyüş yoldaşı və əziz dostu haqqında belə deyir: "Səyyad ordumuzun "Salmanı" idi!"

Mənbə: irna.ir

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.