Ramazan ayının 1-ci gününün duasının təfsiri.

14:20 - 2020/04/25

-Ayətullah Muctehidi Tehraninin(r) Ramazan ayının gündəlik dualarına qısa təfsiri

Bağışlayın Allahın adı ilə

"Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et". 

Kimdir bu həqiqi oruc tutan? Üç cür oruc var. 
1.Ümumi
2. Xüsusi
3.Xüsusinin xüsusisi.

Ümumi oruc bütün camaatın tutduğu orucdur. Yemirlər, içmirlər, amma təəssüflər olsun naməhrəmə baxırlar, günah edirlər, hicablarına riayət etmirlər və s. Bir sözlə ümumi oruc budur ki, insan ancaq orucu batil edən işləri görmür.

Xüsusi oruc o orucdur ki, oruc tutan yemək, içmək və orucu batil edən işlərdən əlavə bədəninin bütün əzalarını günaha yolunu bağlayır. Səhər oruca başlarkən niyyət edir ki, Allahım mənim bütün əzalarım da oruc olacaq. Dilim qeybət etməyəcək, qulağım qeybət eşitməyəcək, gözüm harama baxmayacaq və s. Bax bu xüsusi orucdur. Hədislərdə buyrulub ki, oruc tutarkən gərək bütün əzaların da oruc olsun. Hətta başının tükləri də. Xanımlar gərək öz hicablarına çox diqqət etsinlər. Bu olur xüsusi oruc.

Bir də var xüsusinin xüsusisi. Bu cür oruc tutanın ürəyində Allahdan başqa heç nə yoxdur. Beləki Ramazan ayında bütün əməllər sırf Allah üçün olarsa, xüsusinin xüsusi mühəqqəq olar. Yəni oruc sırf Allaha xatir, gecə namazı sırf Allaha xatir, məscidə getmək sırf Allaha xatir, Quran oxumaq sırf Allaha xatir, namaz qılmaq sırf Allaha xatir olarsa bu xüsusinin xüsusi orucu sayılır. Həqiqi oruc tutan dedikdə bu nəzərdə tutulur. Çalışın Ramazan ayında qəlbinizdən digər şeyləri çıxardasınız. Çünki Əhya gecələri mələklər nazil olanda qəlbimizdə boş yer tapmır və geri qayıdır. Qəlbimiz dünyaya, övlada, qadına, evə, mülkə məhəbbətlə doludur. Ramazan ayı təzə başlaylb gərək elə olaq ki, əhyada mələklər gələndə qəlbimizdə boş yer tapsınlar. Keçək ikinci cümləyə.

"Mənim bu aydakı gecə oyaqlıqlarımı (namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (həqiqi namaz qılanların namazlarından) et".
Kimdir həqiqi oyaqlar? O kəslərdir ki, gecə namazlrında hönkür-hönkür ağlayarlar. Şeyx Abbas Quminin oğlu deyərdi ki, biz gecələr atamızın namazda hönkür-hönkür ağlamasına oyanardıq. Biz gecə namazını belə qılırıq? Biz gecə namazında o qədər yuxulu oluruq ki, az qala yataq. Həqiqi oyaqların oyaqlığı budur. Yəni gecə ibadətini eşqlə edənlərdən olaq. Xoruz da gecələr oyaq olur. Amma həqiqi gecə namazı qılanlar gecə namazı üçün saat qurmazlar. Eşq onları gecə namaza qaldırar. Həqiqi oyaqların oyaqlığından məqsəd budur. Üçüncü cümləyə keçək.

"Məni bu ayda qafillərin yuхusundan oyat"

Çox yaxşı duadır. Çünki qəflətdə olmaq ölümə bərabərdir. Ramazan ayının ilk günündə bizi qəflət yuxusundan ayılt. Nə qədər qəflətdəyik. Nə qədər qəflətdəyik. Nə qədər qəflətdəyik. İlahi, günahlardan bizi hali elə və günahlardan uzaqlaşa bilək. Və dördüncü cümlə.

"Bu ayda günahımı bağışla ey aləmdəkilərin mə’budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən"

Yəni ey bütün günahlardan keçən Allah, mənim də günahlarımın üzərindən keç. Beləliklə bu günün duası 4 cümlədən ibarət oldu ki, çoxları bu duanı oxuyurlar, amma açıqlamasını bilmirlər. İnşallah bu sözlər başqalarına da çatar və mənasını anlayalar.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.