Ayətullah Xamenei müsəlmanlara müraicət etdi

06:13 - 2020/05/23

-Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  Beynəxalq Qüds günü münasibətilə müsəlman dünyasına müraciət edib.

Bismillahirrəhmanirrəhim

Əvvəlcə dünya müsəlmanlarını qarşıdan gələn Fitr bayramı münasibətilə təbrik edən Ayətullah Xamenei Qüds gününün əhəmiyyətindən danışıb. “Bu gün İmam Xomeyninin  (r.ə.)  təşəbbüsü ilə  müsəlmanlar  Fələstin və Qüds üçün birləşdi.  Bununla da  Fələstin azadlıq bayrağını dalğalandırmağı özlərinə vacib bildilər. Sionist rejim və hegomonlar bu məsələni unutdurmağa çalışırlar. Çünki ən faciəli  qətl və cinayətləri  törətməklə bir ölkəni işğal etmək,  xalqını həmişəlik öz ev-eşiyindən didərgin salmaq, dədə-baba torpaqlarından çıxartmaq və  bu cinayətləri on illər davam etdirmək yaxın tarixdə bəşərin törətdiyi cinayət və pisliyin ən yeni rekordudur.”
Ayətullah Xamenei İsrailin regionda yerləşdirilməsi səbəblərini də açıqlayıb. Bildirib ki, I Dünya müharibəsində qalib gələn hökumətlər Paris konfransında ən böyük qəniməti olaraq Qərbi Asiya bölgəsini bölüşdükləri zaman özlərinə bu bölgədə hökmranlığı təmin etmək üçün etibarlı bir bazaya ehtiyac duydular. “Uzun illər öncədən İngiltərə Balfur planı üçün zəmin hazırlamışdı və yəhudi hökmdarlarının razılığı ilə sionizm adlı bir yeniliyin rolunu ortaya qoymuşdu. Praktiki olaraq buna zəmin hazır idi. Həmin illərdən başlayaraq, tədricən irəlilədilər. II Dünya müharibəsindən sonra bölgə hökumətlərinin laqeydliyindən faydalanaraq, saxta rejimi elan etdilər. Sionist rejimini qurmaqda qərblilər və yəhudi sahibkarlarının əsas və təcili məqsədi Qərbi Asiyada daimi iştirak və təsir bazası yaratmaq və bölgədəki ölkələrə və hökümətlərə müdaxilə və hökmranlıq etmək olub. Hədəf əvvəlcə Fələstin, sonra isə bölgədəki bütün xalqlar idi.”
Ayətulah Xamenei əksər ərəb dövlətlərinin ilk müqavimətdən sonra təslim olmasını, xüsusən ABŞ-ın bu məsələyə dəstək olduqdan sonra onları həm insani, həm siyasi, həm islami borclarını, eləcə də ərəb qeyrətlərini unutmasını  və puç ümidlə düşmən  məqsədlərinə xidmət etməsini təəssüf hiss ilə qeyd edib.
Ayətullah Xameni İslamn İnqilabından sonra  Fələstin üçün mübarizədə yeni bir səhifənin açıldığını vurğulayıb və deyib ki, ilk gündən sionist rejimin səfirliyini Fələstinə verilməsi, onların  ölkədən çıxarılması,  əlaqələrin kəsilməsi və neft satışının dayandırılması və digər məsələlər “Müqavimət cəbhəsinin” yaranmasına səbəb oldu və Fələsitn probleminin  həllində ümid yaratdı.
“Bu gün Müqavimət cəbhəsinin artan nüfuzu, ümidlə irəliləməsi və güc elementlərini artması və düşmənin getdikcə zəifləməsinin şahidiyik. Bunun əyani sübutu, bir vaxtlar yenilməz və ildırım sürətli hərbi güc olan,  iki gün ərzində hücum edən iki ölkə ordusunu dayandıran sionist rejim orudusu indi geri çəkilmək məcburiyyətində qalır.  Livan və Qəzzadakı müqavimət qüvvələrə məğlub olduğunu etiraf edir. Bununla yanaşı  mübarizə sahəsi çox ciddi və dəyişkəndir və daim qayğıya ehtiyacı var. Cihad Fələsitnin bütün torpaqlarında geniş yayılmalıdır.  Bu mübarizə çox vacib və həyati əhəmiyyət daşıyır. Əsas hesablamalardakı hər hansı bir səhlənkarlıq və səhv böyük itkilərə səbəb ola bilər.Çox çəkməyəcək sionist virusunun kökü imanlı gənclərin səyi nəticəsində bu bölgədən kəsiləcək”.
Ayətullah Xamenei bildirib ki,  bu gün dünyada hamı koronavirus qurbanlarını sayır amma nə üçün heç kim  İslam dünyasında  olan məzlumları saymır?  “Dünyada koronavirs qurbanlarını hamı sayır, lakin heç kim soruşmayıb və soruşmur ki,  ABŞ və Avropanın müharibə alovlandırdığı  ölkələrədə milyonlarla insanın şəhid, əsir və itikin düşməsinin günahı kimdədir? Nə üçün heç kimsə İslam dünyasında milyonlarla uşaq, qadın və kişinin öldürülməsini hesablamadı?  Nə üçün milyonlarla fələstinli 70 il  öz evlərindən didərgin salınmalı və sürgün olunmaldır? Nə üçün müsəlmanların ilk qibləsi olan  Qüdsə hörmtəsizlik edilsin?  Nə üçün sözdə beynəlxalq millətlər təşkilatı olan  təşkilat öz vəzifəsinə əməl etmir.  Sözdə insan haqları olan qrumlar nə üçün ölüblər.   “Uşaq və qadınların hüquqlarının müdafiəsi” şüarı  Fələstin və Yəmənin məzlum  uşaq və qadınlarını əhatə etmir ?

Ayətulllah Xamenei  Fələstin məsələsi ilə bağlı bir neçə tövsiyə verib.

1. Fələstinin azaldığı üçün mübarizə  Allah yoludna  cihaddır və belə bir mübarizədə  qələbəyə zəmanət verirlir. Fələstin üçün mübarizəini ərəb problemi kimi göstərmək və məhdudlaşdırmaq aşkar yalnışlıqdır.
2.  Mübarizənin məqsədi  bütün Fələstin  torpaqlarının  azadlığı, (Dənizdən çaya kimi)  və bütün fələstinlilərin  öz ölkələrinə geri qaytarılmasıdır.
3.  Qərb dövlətləri və onlara bağlı beynəlxaq  qrumlara etimad göstərməkdən çəkinmək lazımdır.
4.  Daxili  müharibələr müqavimət cəhbəsinin başını qatmaq üçün bir oyundur,  İmam Xomeyninin buyurduğu kimi hər nə qədər fəryad edə bilirsizsə  ABŞ və sionist düşmənin başına qışqırın. 
5. ABŞ-ın əsas siyasəti,  sionist rjeimin  bölgədə  iştirakını adiləşdirməkdir.  Sionist rejim virusu ilə mübarizə etməli və onu izolyasiya etmək lazımdır.
6. Hamı  Fələstin xalqı üçün  mübarizənin davam etdirilməsini dəstəkləməli və onlara yardım etməlidir.
7.  Fələstində  bütün  dinlərin və tayfaların itşirakı ilə  referendum keçirilməli və idarə olunmalıdır.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.