İnna lillah və İnna iləyhi raciun!

23:50 - 2020/05/29

-Qum Elmiyyə Hövzəsinin azərbaycanlı tələbələri Kərbəlayi Ruhid Əliyevin vəfatı ilə bağlı başsağlığı verdi.

Bismillahir-rəhmanir-rəhim

الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

"O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və Ona tərəf qayıdacağıq!" deyərlər."(Bəqərə surəsi, 156) 

Ruhani qardaşımız Kərbəlayi Ruhid Əliyevin qəfil vəfat xəbəri hər birimiz üçün acı oldu. Cavanlığını islam yoluna həsr etmiş, islam elmlərini öyrənib onun təbliği yolunda xidmətlər göstərmiş əziz qardaşımızın bu acı xəbəri onu tanıyan və tanımayan bütün imanlı şəxslər üçün sarsıdıcı oldu. Biz Qum Elmiyyə Hövzəsinin tələbələri olaraq bu ağır itkiyə görə zəmanə sahibi Həzrət Vəli-əsr (ə.f) -ə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Ailə üzvlərindən bizləri də bu qəmə şərik bilmələrini təmənna edirik. Allah mütəaldan bu dəyərli ruhani qardaşımız üçün ali dərəcələr, ilahi rəhmət və məğfirət diləyir və yaxınlarına bu qəmə görə Allah təaladan əcr və savab arzu edirik.

Qum Elmiyyə Hövzəsinin azərbaycanlı tələbələri

کلمات کلیدی: 

نظرات

Alevi Nadir's picture
Submitted by Alevi Nadir on

Allah taala qardaşımıza rəhmət etsin.

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.