Təqiyyə və böyük böhtan

11:34 - 2017/09/10

Təqiyyə Qurandan götürülən bir əməldir və Quranın və əqlin hökmünə əsasən onu yerinə yetirmək zəruri və bəyəniləndir.

Təqiyyə lüğətdə gizlətmək mənasında və elmi termində isə bir şəxsin öz dininə və ya dünyasına çatacaq zərərdən amanda qalmaq üçün haqqı və şəxsi etiqadlarını gizlətməyinə deyilir.(Təshihul etiqadul İmamiyyə, səh.137). Bu elə bir əməldir ki, islamın ilk çağlarında da mövcud  idi. Məsələn Əmmar məhz bu əməlin vasitəsi ilə öz canını qorudu. Lakin o bu əməlinə görə çox narahat idi. Allah təala "Qəlbi imanla sabitdir”(nəhl/106) ayəsini nazil etməklə onun əməlinin düzgünlüyünü bəyan etdi.
Hər zaman həqiqi əqidəni gizlətmək çox çətindir. Elə buna görə də Peyğəmbər(s), İmam Sadiq(ə) və İmam Hadidən(ə) təqiyyə mövzusunda çoxlu hədislər nəql olunmuşdur. Məsələn:
” إنَّ تارِكَ التَّقیَّهَ كَتارِكِ الصَّلاهِ” 
“Təqiyyəni tərk edən namazı tərk edən kimidir.”(Mən la yəhzuruhul fəqih, c2, səh.127.) Təəssüflər olsun ki, əhli sünnədən bəziləri bu hədisdən sui istifadə edərək açıq aşkar şiəyə böhtan atır və təqiyyənin şiənin üsuliddinindən olduğunu iddia edirlər. Bir halda ki belə deyildir və şiələr, Quran, hədis, əql və icmanın hökmünə əsasən yalnız çox böyük zərərlərdən qorunmaq üçün təqiyyədən istifadə edirlər. Bir tərəfdən də əhli sünnənin özü də bu hədisi Peyğəmbər(s)dən nəql etmişlər ki, o Həzrət belə buyurur:
 “لاَ دِینَ لِمَنْ لاَ تَقِیَّهَ لَهُ”
“Təqiyyə etməyən şəxsin imanı yoxdur”.(Camiul əhadis, c16, səh.39) Lakin bu böyük töhmətin şiələrə niyə vurulduğu cavabsız olaraq qalır!

Ünvan:

1. Təshihu Etiqadil İmamiyyə, Müfid, Hüseyn Dərgahinin çapı, Beyrut,1414 h-q, səh.137.
2. Mən la yəhzuruhul fəqih, Şeyx Səduq, Camiul Mudərrisin,Qum, 1374 h-ş, c2, səh.127.
3. Camiul Əhadis, Suyuti, Darul fikr, Livan, c16,səh.39, 17081-ci hədis.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.