Qum Hövzəsi Tələbələrinin Şəhid Süleymani barəsində verdiyi bəyənat

13:37 - 2020/01/04

-Şəhadətin mübarək ey qəlblərin Sərdarı və ey əziz Şəhid

Bismi-Rəbbi-Şühəda
"Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər."- Qurani Kərim, Əhzab sürəsi, ayə 23.
Yaxın Şərqdə İŞİD, “Əl-Nusra”, “Əl-Qaidə” və digər terror birlikləri ilə ən effektiv mübarizə aparan general Hac Qasim Süleymani başda olmaqla İraq Xalq Könüllü Dəstələrinin komandiri Əbu Məhdi Muhəndisi və onlarla bir yerdə olan zabit və əskərlərin ABŞ tərəfindən hədəf alınması və amansızcasına qətlə yetirilməsi bir beynəlxalq terror aktıdır.
Milyonlarla insanların həyatını xilas edən, Azərbaycan, Bosniya, Fələstin, Suriya, Əfqanıstan, Yəmən, Liviya və İraqda məzlumların harayına çatan, dünya imperialistlərinə qarşı vuruşan General Qasim Süleymani əleyhinə hazırlanan terror hadisəsi təkcə mömin və müsəlmanları deyil bütün dünya azadələrini qəm dəryasına qərq etmiş və o, Sərdarın düşmənlərindən intiqam alma hissini qəlblərdə alovlandırmışdır.
Biz Qum Elmi Hövzəsində təhsil alan Azərbaycan Respublikasının ruhaniləri bu xəbis terror hadisəsini kəskin surətdə məhkum edir, Sərdar Süleymani və onunla birgə uca şəhidlik məqamına yüksələn yoldaşlarının şəhadətini başda Zamanənin Sahibi olan İmam Mehdi (Allah Onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinə, Onun haqq naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə, şəhidlərin ailə üzvlərinə, İslam Həriminin Müdafiəçilərinə, bütün dünya azadələrinə başsağlığı verir və bu şəhadət münasibəti ilə onları təbrik edirik.
İntiqam Alan Allahdan, tezliklə ABŞ və Sionist İsrail rejiminin tez bir zamanda İmam Zaman(ə.f) əskərlərinin əli ilə məhv edilməsini diləyirik.
"Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (müddət) təyin etmişdir." – Quran Kərim, Təlaq sürəsi, ayə 3.
Allah cəmi şəhidlərimizə rəhmət etsin!

Qum Elmi Hövzəsi
08.06.1441 H. Q 
04.01.2020 M.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.