Koronovirusla əlaqədar orucun hökmü

02:04 - 2020/04/22

-Əgər bir şəxs əqli bir dəlillərlə orucun ona zərər olmasına əmin olarsa oruc tutması vacib deyildir. Lakin qəzasını tumaq vacibdir. 

Bismillahir rəhmanir rəhim

Koronavirus xəstəliyinin yayılmasına görə mübarək Ramazan ayının orucunun hökmü nədir? 
Ayətullahul uzma İmam Xameneinin bu məsələ ilə bağlı fətvası:
Oruc dinin zərurətlərindən və İslam şəriətinin əsaslarından hesab olunur. Buna görə də Ramazan ayının orucunun tərk edilməsi caiz(düzgün) deyildir. Yalnız bu şərtlə ki, mükəlləf şəxs əqli dəlillər əsasında oruc tutmağın
1. Xəstəliyə səbəb olacağına
2. Xəstəliyin şiddətlənməsinə
3. Xəstəliyin ömrünün uzanmasına və sağalmağının təxirə düşməsinə
səbəb olacağına əminlik əldə edərsə bu halda oruc boynundan götürülür. Lakin orucun qəzasını sonrakı aylarda tutmaq zəruridir.
Təbiidir ki, bu əminlik mütəxəssis və etiqadlı bir təbibin nəzəri ilə də əldə olunarsa kifayətdir.
Beləliklə əgər bir şəxs qeyd etdiyimiz məsələ barəsində qorxu və təşvişə düşərsə və bu qorxu və təşvişin mənşəyi əql olarsa oruc tutmaq belə şəxsin buynundan götürülür. Lakin qəzasını tutmalıdır.
Mənbə: Ayətullahul uzma İmam Xameneinin rəsmi saytı.

 

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.