Şəhidlər diridirlər!

00:23 - 2018/01/24

Şəhidlər Allah yanında diri və həmişə bir ümmətin həyat mənbəyidirlər.

Materialistlər öz dünyəvi görüşlərinə əsasən insanın yer üzündəki yaranışı, onun həyatının və ölümünün fəlsəfəsi və bəşərin üç mühüm və həyati sualı qarşısında həmişə aciz qalmışlar. Bu suallar bundan ibarətdir.
- Hardan gəlmişəm?
- Nə üçün gəlmişəm?
- Hara gedəcəm?
Bir halda ki, tövhid məktəbində bu üç suala aydın şəkildə cavab verilmişdir. Qurani Kərim bu üç sualı belə cavablandırır:
"...Biz Allahdanıq (Allahın bəndələriyik) və ona tərəf qayıdacağıq!" (Bəqərə/156)
"Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?"(Muminun/115)
"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan odur..."(Mülk/2)
İnsan həyatı həm Quranın məntiqinə, həm də fəlsəfi dəlillərə əsasən ölümdən sonra da davamiyyət tapır. Ölüm insanı bir aləmdən başqa aləmə aparan keçiddən başqa bir şey deyildir. Ölüm sanki əbədiyyət diyarının darvazası, ölüm mələyi isə onun keşikçisidir. Beləlilkə maddi bədənin ölümü ruhun ölümü demək deyildir. Şəhidlər isə həm bu diyarda və həm dünyada xüsusi üstünlüklərə malikdir. Bu üstünlüklər bunlardan ibarətdir:
1. Şəhid ictimai həyatda, qəlblərdə və xatirələrdə xüsusi məqama sahibdir. O, tarixin yaddaşını öz qanı ilə yazmış, bəşər tarixi isə həmişə onun amalını uca tutaraq ad-sanını, fədakarlıq nümunələrini və məhəbbətini sinədən sinəyə ötürərək bir insanlıq meyarı kimi yaddaşlara həkk eləmişdir.
2. Şəhid mənəvi və həqiqi fərdi həyata malikdir. Qurani Kərim onun həyatını belə bəyan edir:
"Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur."(Ali İmran/169)
"Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər."(Ali İmran/170)
Bu ayələr aşağıdakı mühüm nöqtələrə malikdir:
1. Şəhidin ölümdən sonrakı həyatı bir həqiqi həyatdır. Bu adı çəkilən həyat şəhidin ictimai həyatı yox bir fərdi ilahi yaşamıdır.
2. Bu həyat ilahi nemətlərlə doludur. "...Onlara Rəbbi yanında ruzi əta olunur"
3. Bu həyat fərəh və şadlıqla doludur: "Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə sevinir..."
4. Şəhidin maddi aləmlə rabitəsi qırılmazdır. Bu dünyada baş verənlərdən xəbərdardır. Hətta döyüş meydanlarında döyüşən mücahidlərə səslənərək onları qəm qüssədən azad olmağa çağırır.
Şəhadət təkcə özünü fəda etmək demək deyildir. Şəhadət həm də bütün insanları diriltmək, onları qəflət dolu maddi həyatdan ayıltmaqdır. Şəhid həqiqətdə öz fədakarlığı ilə ölmüş cəmiyyətin damarlarına dirilik qanı axıdaraq ona nicat verir.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.