Şeytanların səmadan qovulmalarının mənası

07:39 - 2018/03/23

Böyük təfsir alimi Əllamə Təbatəbainin nəzərincə bu kimi ayələr (Hicr surəsinin 17, 18-ci ayələri) bir növ təmsil olub qeyri hissi həqiqətlərin insanlar üçün təsəvvür olunması üçündür.

Qurani Kərimin bəzi ayələrində şeytanların səmalara nüfuz etmək istəmələri və mühafizə mələklərinin onları meteoritlərlə atəşə tutaraq uzaqlaşdırmaları barədə qeyd olunmuşdur. Buna misal olaraq Hicr surəsinin 17, 18-ci ayələrini göstərmək olar:
"Onu(səmanı) hər bir (Allahın rəhmətindən) qovulmuş şeytandan qoruduq. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvətcə qulaq assa, onu odlu bir axan ulduz (meteorit) təqib edər."(Hicr/17,18)
Ayənin zahiri mənasını əsas götürsək bugünkü səma və göy cisimləri barədə elmi bilgilərlə uzlaşmadığını müşahidə edə bilərik. Eləcə də bu şeytanlar səmada, ulduzlar arasında hansı sirrin arxasıncadırlar və onlar necə səma cisimlərinin vasitəsi ilə oradan uzaqlaşdırıla bilər? Bu kimi müəmmalar hər bir müasir oxucunun zehnində sual yarada bilər ki, bunu alimlərin nəzərləri ilə cavablandırmağa çalışacağıq.
Bir çox təfsir alimləri, o cümlədən Əl-Mizan təfsirinin sahibi Əllamə Təbatəbai bu müəmmanın cavabını öz təfsirlərində vermişdirlər. Əllamə Təbatəbai buyurur ki, bu kimi ayələr bir növ təmsil olub qeyri hissi həqiqətlərin insanlar üçün təsəvvür olunması üçündür. Adətən hissi idraklarla yaşayan insanlar üçün fövqəltəbii və qeyri hissi həqiqətləri bu vasitəylə anlatmaq daha münasibdir. Əqli idrakın hissi şeylərə təşbih edilməsi metodu Qurani Kərimdə çoxlu sayda istifadə olunmuşdur. Qurani Kərimdə Allah Təala buyurur:
"Biz bu misallari insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar."(Ənkəbut/43)
Belə misallar Allah kəlamında çox yer almışdır. Məsələn: ərş, kürsü, lövh, kitab və s. kimi məfhumlar əslində qeyri hissi mənalara malik təbirlərdir. Buna əsasən ayədə gələn mələklərin mövcud olduğu səma dedikdə məqsəd maddi səma yox, mələkut aləmidir. Şeytanların səmaya yaxınlaşması, xəlvətcə qulaq asmaları və səma cisimləri vasitəsiylə qovulmaları dedikdə məqsəd budur ki, şeytanlar mələkut aləminə yaxınlaşaraq aləmin sirlərindən və qeybi xəbərlərdən agah olmaq istərkən, mələklər onları mələkut aləminə məxsus şeytanların tab gətirə bilməyəcəkləri nurla oradan uzaqlaşdırırlar.
Bəzi təfsir alimlərinin nəzərincə bu ayədə gələn "səma" sözündən məqsəd iman və mənəviyyatdır ki, şeytanlar həmişə öz vəsvəsələri ilə mömünün qəlbinə nüfüz edərək bu mənəvi səmaya varid olmaq istəyirlər. Lakin Allah övliyaları(Peyğəmbərlər, imamlar və s.) elm və təqva oxları ilə onların mömünlərin iman səmasına daxil olmalarına mane olurlar.

Əl-mizan təfsiri, Əllamə Təbatəbai.
Nümunə təfsiri, Məkarim Şirazi.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.